• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1571
— 28.06.2024 18:49

ABŞ regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqdir və bu prosesi dəstəkləməyə hazırdır

KepezTV Player

"ABŞ regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqdir və bu prosesi dəstəkləməyə hazırdır". ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn prezident İlham Əliyevin qəbulunda olarkən belə deyib. O’Brayn Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd edib. Görüşdə regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə olunub. Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu vurğulayıb. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edilib. COP 29-un uğurla nəticələnməsi üçün ABŞ-ın öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurğulanıb.

Azad Mustafayev