KepezTV Player
Gəncədə polis əvvəllər məhkum olunmuş Rafael Zeynalovu 20 kiloqram 755 qram heroinlə saxlayıb. Müəyyən edilib ki, Zeynalov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilib, Gəncədə gizlədilən narkotiki İran vətəndaşları ilə sosial şəbəkədə əlaqə yaradaraq əldə edib. Rafael Zeynalov kuryer fəaliyyətini pul və narkotik müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova
- Baxış: 1450