• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 26.06.2024 18:21

Avtomobilin Kürə düşməsi nəticəsində batan iki nəfərin axtarışları davam etdirilir

KepezTV Player

Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. Bu barədə nazirlikdən bildirilib. Qeyd edilib ki, hazırda batdığı ehtimal olunan şəxslərin axtarışları FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən hava şəraitinin əlverişsiz olmasına baxmayaraq fasiləsiz şəkildə həyata keçirilir.