Bu gün Gəncə Dövlət Universitetində valideynlər, ictimaiyyət nümayəndələri, pedoqoji heyət və kütləvi informasiya vasitələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. Qonaqlara universitetdə davam edən yay imtahan sessiyası haqqında ətraflı məlumat verilib. Daha sonra müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahan otaqlarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub, tələbələrin kompüterlə test suallarına cavab vermələrini müşahidə ediblər. İştirakçılara, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü barədə məlumat verilib. Yazılı, test, şifahi və qabiliyyət formasında keçirilən imtahanlarda suallar tədris olunan materiala uyğun olaraq tələbələrə əvvəlcədən təqdim olunub. Həmçinin mövcud təlimata uyğun olaraq universitetdə apelyasiya komissiyası və operativ qərargah da yaradılıb ki, imtahan nəticələrindən narazı olan tələblər müraciət edə bilsinlər.
Aişə Rzayeva
- Baxış: 289