• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1079
— 24.06.2024 18:20

Kişi arvadını balta ilə qətlə yetirib

KepezTV Player

Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyeva əri tərəfindən öldürülüb. Daşkəsən Rayon Prokurorluğundan bildirilib ki, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Daşkəsən rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Azad Mustafayev