• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 21.06.2024 18:29

Cəbrayılda mina hadisəsi və sursat partlayışı baş verib

KepezTV Player

Dünən Cəbrayılın Horovlu kəndində mina hadisəsi baş verib. Kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili tank əleyhinə minaya düşüb. Sürücü xəsarət alıb.

Cəbrayılda minatəmizləmə prosesi zamanı sursat partlayışı da baş verib. ANAMA əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir. Faktlarla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Vüsalə Cənnətova