• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 869
— 20.06.2024 20:23

Yağışla müşahidə olunan güclü külək Qərb bölgəsində fəsadlar törədib

KepezTV Player

Qərb bölgəsində qeyri-sabit hava şəraiti səbəbindən yenidən fəsadlar yaranıb. Gəncədə güclü külək fərdi evlərdən bir neçəsinin dam örtüyünü dağıdıb. O cümlədən, külək şəhərin Əttarlar küçəsində evin dam örtüyünü sıradan çıxarıb. Nizami Gəncəvi prospektində yerləşən obyektin dam örtüyünü yolun hərəkət hissəsinə aşırıb. Avtomobillərin hərəkəti dayanıb. Heydər Əliyev prospektində isə irigövdəli ağac avtomobillərin üzərinə aşıb. İlkin hesablamalara görə külək Gəncədə 30-a yaxın ağacı aşırıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Yağıntılı və küləkli hava qonşu rayonlarda da müşahidə olunub. Qazax, Ağstafa, Daşkəsən, Şəmkir və Goranboy rayonlarında ağaclar aşıb. Yaşayış binaları və fərdi evlərin dam örtüyünə ziyan dəyib. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hava şəraitinin törətdiyi digər fəsadlar aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırılır. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Azad Mustafayev