• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 15.06.2024 16:29

Ədəbiyyatda hekayəçilik janrında Mir Cəlal imzası

KepezTV Player

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, “kiçik hekayənin böyük ustası” kimi tanınan Mir Cəlal Paşayev yazıçının Gəncədəki ev muzeyində anılıb. “Azərbaycan ədəbiyyatında hekayəçilik janrı” mövzusunda fikir mübadiləsi aparılaraq bu ədəbi istiqamətin yaranma və inkişaf tarixinə nəzər salınıb. Üzərindən uzun illər keçməsinə baxmayaraq yazıçının qələmə aldığı mövzular və obrazların bu gün də aktuallığını itirmədiyinə diqqət çəkilib. Tədbirdə Mir Cəlalın hekayəçilik irsini davam etmək məqsədi daşıyan ənənəvi hekayə müsabiqəsi barədə məlumat verilib. Ədib tək görkəmli yazıçı, alim və pedaqoq kimi deyil, həm də yüksək insani keyfiyyətlərə məxsus şəxsiyyət kimi xarakterizə olunub. 

Aişə Rzayeva