• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 07.06.2024 19:42

Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanılıb

KepezTV Player

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. 

Vüsalə Cənnətova