KepezTV Player
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində tanınmış maarif xadimi Şıxı Ələsərovun 90 illiyinə həsr olunan Riyaziyyat fənn olimpiadasının yekun mərhələsi keçirilib. 7-ci sinifdə təhsil alan və 5 mindən çox şagirdi əhatə edən bilik yarışı 2 mərhələdən ibarət olub. 43 məktəbdən olimpiadanın şəhər turuna 57 şagird vəsiqə qazanıb. İlk 3 yer uğurunda mübarizədə 2 nəfər eyni bal toplayaraq 1-ci yerə layiq görülüb. Uğur qazananlara diplom və hədiyyələr verilib.
Aişə Rzayeva
- Baxış: 491