KepezTV Player
Gəncə Regional Voleybol Klubunun təşkilatçılığı ilə “Voleybol hər kəs üçün” devizi altında tədbir keçirilib. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən tədbir şəhərin baş meydanında reallaşıb. Tədbirdə 70-ə yaxın voleybolla məşğul olan, eləcə də bu idman növünə marağı yaranan yeniyetmə nümunəvi çıxışlar sərgiləyib. Bundan başqa sakinlər, valideynlər və uşaqlar üçün əyləncəli oyunlar, müxtəlif müsabiqələr, viktorinalar təşkil olunub. Tədbirdə Gəncə ilə yanaşı, Regional Voleybol Klubunun əhatə etdiyi 10-a yaxın rayonda fəaliyyət göstərən bölmələrdən də idmançı və məşqçilər iştirak ediblər.
Orxan Cəfərzadə
- Baxış: 480