KepezTV Player
Kür çayının daşması nəticəsində Tovuzda fəsadlar yaranıb. Kür məcrasından 2 kilometrə qədər kənara çıxıb. Nəticədə rayonun Hunanlar kəndi ərazisində Kür ətrafı əkin, taxıl sahələri, bağlar və biçənəklər sel sularının altında qalıb. Hektarlarla ərazi, tonlarla məhsul yararsız hala düşüb. Onun da 180 hektarı təkcə əkin sahələrinin payına düşür. Bundan başqa, Kür ətrafı meşəlikləri də sel suları basıb. Əhaliyə dəyən maddi ziyanla bağlı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komisiyası tərəfindən ərazilərə baxış keçirilib.
- Baxış: 201