• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1461
— 24.05.2024 18:35

Şagirdlər peşə məktəbi ilə tanış olublar

KepezTV Player

Peşə təhsili verən məktəblərdə ənənə halını alan “Açıq qapı” günü bu dəfə Göygöl Peşə məktəbində reallaşıb. Rəsmi hissədə peşə məktəbi ilə idarə, müəssisə, təşkilatlar və özəl sektor arasında əməkdaşlıqdan danışılıb. Aparılan təcrübə mübadiləsi və tələbələrin işlə təmin edilməsinə göstərilən dəstəkdən söz açılıb. Tədbir çərçivəsində şagirdlər ixtisaslar və yaradılan şəraitlə olub. Onlarda peşə təhsilinə maraq oyatmaq və peşə seçimlərinə istiqamət vermək məqsədi daşıyan tədbirdə stendlər, əl işləri, müxtəlif məmulatlar və nümunələrlə tanışlıq da olub. 

Vüsalə Cənnətova