Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi, xarici işlər naziri Ceyhun Bayramovun da daxil olduğu Azərbaycan nümayəndə heyəti İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib. Əli Əsədov İranın Birinci vitse-prezidenti, Prezident vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək, ona Azərbaycan Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verib. Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter Vərzəqan rayonunda sərt eniş edib. Helikopterin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. İranda 5 günlük matəm elan edilib. İbrahim Rəisi mayın 23-də Məşhəd şəhərində dəfn ediləcək.
- Baxış: 332