• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 18.05.2024 20:06

Laçının işğal tarixi kimi xatırladığımız 18 May özü bir tarix oldu!

KepezTV Player

18 may 1992-ci il - tarixə yazılan gün - Laçının işğal tarixi. Azadlığına qovuşsa da, acı günlər yaşanıb və onları unutmaq olmaz.

Ermənistanın işğalçı planları, Azərbaycanda baş verən siyasi böhran, hakimiyyətdəki hərcmərclik 80 minə yaxın Laçın sakinini də yurd-yuvasından ayrı saldı.

32 il öncə mayın 18-də yaşananlar ailənin yaddaşına həkk olunub.   

Hər keçən gün, ay, il vətən həsrəti daha da artır. Ta ki, Laçının azad olunması xəbərini eşidənə kimi. İndi Məmmədovlar ailəsi dağlar qoynunda yerləşən doğma yurdlarına qovuşmaq üçün günlərini sayır. 

Laçın da doğma sakinlərini, onların istiliyini, səsini, sevgisini istəyir. Bunun üçün doğma torpaqda sürətli bərpa-quruculuq işləri aparılır. Laçın kimi onun sakinlərinin də gözəl günləri, xoş xatirələri bərpa olunur. Amma acı günlər də unudulmur. Bir daha yaşanmaması üçün unudulmayacaq da.

Vüsalə Cənnətova