• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 17.05.2024 18:24

Gənc xanəndələr konsert proqramı ilə çıxış ediblər

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasında “Gəncləşən muğam” layihəsinin növbəti konserti keçirilib. Musiqili gecə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinə həsr olunub. Proqramda muğan müsabiqəsinin laureatlarının bir qisminin yer alıb və səhnədə duet şəklində zəfərimiz və milli vətənpərvərlik mövzusunda ifalar səslənib. “Gəncləşən muğam” layihəsi Azərbaycan mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Gəncədən əvvəl Ağdam və Sumqayıtda təşkil edilən konsertin digər regionlarda da keçirilməsi planlaşdırılır.