• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 17.05.2024 18:24

Gənc xanəndələr konsert proqramı ilə çıxış ediblər

Gəncə Dövlət Filarmoniyasında “Gəncləşən muğam” layihəsinin növbəti konserti keçirilib. Musiqili gecə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinə həsr olunub. Proqramda muğam müsabiqəsinin laureatlarının bir qismi yer alıb və səhnədə duet şəklində zəfərimiz və milli vətənpərvərlik mövzusunda ifalar səslənib. “Gəncləşən muğam” layihəsi Azərbaycan mədəniyyətinin qorunub-saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Gəncədən əvvəl Ağdam və Sumqayıtda təşkil edilən konsertin digər regionlarda da keçirilməsi planlaşdırılır.

Orxan Cəfərzadə