KepezTV Player
Son günlər yağan yağışlar səbəbindən Kür çayında suyun səviyyəsi xeyli artıb. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində artıq 10 gündə ikinci dəfədir ki, Kürün daşması nəticəsində əkin sahələrinə və təsərrüfatlara ziyan dəyib. Təbii fəlakət əsasən rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib. May ayından bölgədə yağıntılı hava şəraiti hökm sürdüyündən Kür çayında sel təhlükəsi azalmayıb. Əksinə daşqının ətraf sahələrə yayılma riski artıb. Ona görə də mümkün yerlərdə qabaqlayıcı tədbirlər görülür. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır. Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.
Azad Mustafayev
- Baxış: 622