• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1569
— 16.05.2024 20:03

Ekoloji problemlərdən dəyirmi masada danışılıb

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində “Yaşıl dünya naminə həmləylik ili”nə həsr olunan dəyirmi masa keçirilib. Konfransın mövzusu “Gəncənin ekoloji problemləri. Torpaq və su ehtiyatlarının qorunması” olub. Çıxış edənlər Gəncə çayının ekoloji vəziyyətindən, şəhərdə bitki örtüyünün qorunmasından və kənar təsirlər nəticəsində baş verən dəyişkənliklərdən danışıblar. Sənaye tullantıları və onların səmərəli istifadəsinin zəruriliyinə toxunulan tədbirdə Nizami Gəncəvinin yaradıcılığında yaşıl dünya mövzusundan da bəhs edilib. Ətraf mühitin ekoloji tarazlığının pozulmasının yaratdığı iqtisadi təhdidlər barədə məlumat verilib. 

Aişə Rzayeva