Günlərdir davam edən yağış və dolu Goranboyun 4 kəndində fəsadlara yol açıb. Leysan yağışlar nəticəsində Qaraçay və İncəçay çayında suyun səviyyəsi artıb. Nəticədə Tatarlı, Səfikürd, Xan Qərvənd və Əlirzalı kəndlərində əkin sahələrinə, fərdi təsərrüfatlara ziyan dəyib. Sel suları rayonun Əlirzalı və Xanqərvənd kəndlərində sakinlərə məxsus arpa, buğda, pambıq sahələrini yararsız hala salıb. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınıb. Tatarlı və Səfikürd kəndlərində isə əkin sahələri, bir neçə həyətyanı sahə və evlərin zirzəmisinə su dolub. Selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Azad Mustafayev
- Baxış: 523