• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 15.05.2024 20:00

Nəşi tapılan şəhid Yusif Ağayev dəfn edilib

KepezTV Player

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Yusif Balasəf oğlu Ağayevdir. Şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yasamal rayonunda yerləşən İkinci Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yusif Ağayev 1992-ci ildə Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olaraq itkin düşüb.