• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 15.05.2024 20:00

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub

KepezTV Player

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Mustafayev Sabir İslam oğlu Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. 1991-ci ildə Şıxov taborunun tərkibində Vətənin müdafiəsi üçün hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sabir Mustafayev 1992-ci il yanvarın 26-da şəhid olub. O, Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.