• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 14.05.2024 19:10

Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

KepezTV Player

Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. "ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür" - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Bunu Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Şen Yueyueni qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları var. Azərbaycanın öz milli maraqları əsasında siyasət həyata keçirdiyini deyən Prezident İlham Əliyev Çinin nailiyyətlərinin Azərbaycanı sevindirdiyini də diqqətə çatdırıb.

4 kəndin Azərbaycana siyasi diplomatik yollarla qaytarılması son 30 ildə davam edən danışıqlar prosesi ərzində böyük nəticədir. Bu açıqlamanı ATƏT-in fəaliyyətə olan sədri İan Borqla görüşdən sonra keçirdiyi mətbuta konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, bu məsələ sırf Ermənistan və Azərbaycan arasında aparılmış danışıqlar prosesində həll edilib. Nazir ATƏT-in artıq funksionallığını itirmiş təsisatlarına istinad edilməsinin normallaşma prosesinə xələl gətirdiyini də açıqlayıb.

Vüsalə Cənnətova