• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 13.05.2024 19:35

Şəhid Asim Süleymanovun xatirəsi yad edilib

KepezTV Player

Gəncədə şəhid Asim Süleymanovun xatirəsi anılıb. Mərkəzi kitabxanada reallaşan belə tədbirlərin işğal altında olan torpaqları vətən edənlərə göstərilən ehtiramın göstəricisi olduğu vurğulanıb. Azərbaycanın bütövlüyü uğrunda həlak olanların unudulmadığı, qəlblərdə daim yaşadığı qeyd edilib. Məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş olunub.

Rahilə Məmmədova- şəhid Asim Süleymanovun anası: “Tədbirdə qəhrəmanlıqdan, şəhidlərimiz necə qəhrəman olub, müəllimələri, tələbələri, hər biri şəhidlərimizin qəhrəmanlığından danışdı. Düzdür, bir ana-ata üçün çətindir, amma biz onlarla fəxr edirik ki, belə bir oğul yetişdirmişik. Belə bir oğul böyütmüşük ki, Vətən sevən, vətənpərvər, vətəndən ötrü canını qurban verən oğul böyütmüşük. Ona görə bütün şəhid anaları oğullarıyla fəxr edir”.

İmamverdi Vəliyev- oxucu: “Ümumiyyətlə, bu tədbirlər silsilə xarakter daşıyır. Biz daim bu tədbirləri keçiririk. Şəhidlər haqqında tədbirlər keçiririk. Şəhid ailələri ilə gənclərin, şəhid ailələri ilə şagirdlərin görüşünü təşkil edirik, bunlar da şagirdlərin vətənpərvər, milli ruhda böyüməsinin və ümumiyyətlə, şəhid analarının qəlbini ovundurmaqla məşğuluq. Ona görə də bu kimi tədbirlər çox önəmlidir”.

Vüsalə Cənnətova