KepezTV Player
Ötən gün sosial şəbəkələrdə Tovuzun Vahidli kəndində 10-cu sinif şagirdinin qaçırılması barədə yayılan məlumatlara əsasən fakt Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Araşdırılması və dərhal tədbir görülməsi ilə bağlı aidiyyatı qurumlara - Tovuz Rayon İcra Hakimiyyətinə və polisə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi kənd sakini - Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb. Birgə fəaliyyət nəticəsində məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub. Faktla bağlı araşdırma davam etdirilir.
Azad Mustafayev
- Baxış: 463