• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 10.05.2024 19:36

Dəyirmi masada Ulu Öndərin dövlət quruculuğundan danışılıb

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində “Müstəqil dövlətimizin qurucusu” mövzusunda dəyirmi masa keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbirdə dahi şəxsiyyətin Azərbaycanın dövlətçiliyinin formalaşdırılması və inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışılıb.  Gəncənin, onun sənayesi, mədəniyyəti, təhsili, səhiyyəsi və digər vacib sahələrinin daim inkişafda olmasının təmin edilməsi məhz Ulu Öndərin strateji düşüncə və əməlinin nəticəsi kimi qiymətləndirilib. Gəncədə çoxşaxəli istiqamətləri əhatə edən elmi mərkəzin qurulmasına Ulu Öndərin tarixi töhfə verdiyi qeyd edilib. Dəyirmi masa məruzələrlə davam edib. 

Vüsalə Cənnətova