• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1783
— 09.05.2024 17:47

“Əzm Marafonu 2” keçirilib

KepezTV Player

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan “Əzm Marafonu” keçirilib. Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə baş tutan tədbir Heydər Əliyev Park-Kompleksində baş tutub. Rəsmi hissədə ulu öndərin bütün sahələrə olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqətindən söz açılıb. Bu sahənin inkişaf perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlərin həyata keçirildiyi vurğulanıb. Prezident İlham Əliyevin gənclər və idman siyasətindən danışılıb. Rəsmi hissədən sonra marafon iştirakçıları əzmlə mübarizəyə başlayıblar. Gəncə Gənclər Evinin qarşısında başlayan marafon müəyyən olunmuş marşrut üzrə "Zəfər Tağı"nın önündə yekunlaşıb. Marafonun yekununda I, II və III yerin sahiblərinə diplom və hədiyyələr təqdim olunub.

Aişə Rzayeva