• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2146
— 09.05.2024 17:32

Mükafata layiq görülən incəsənət nümayəndələri

KepezTV Player

Səhnə fəaliyyəti ilə Prezident mükafatına layiq görülən incəsənət xadimləri sırasında Gəncə mədəni mühitinin nümayəndələri də var. Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Pərvanə Qurbanova, həmin teatrın baş rejissoru Elşad Əhmədov və Gəncə Dövlət Kukla Teatrının quruluşçu rejissoru Şamil Məmmədlidir. Xalq artisti və quruluşçu rejissor Gəncədə olmasa da baş rejissor Elşad Əhmədov incəsənət xadimlərinin Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməsini bu sahəyə davamlı dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib.

Azad Mustafayev