• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1953
— 09.05.2024 17:30

Prezident və birinci xanım Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

KepezTV Player

9 May - Qələbə bayramı münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər. Abidəsi önünə gül dəstəsi qoyulub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Birinci xanım Qələbə Günü münasibətilə sosial şəbəkədəki səhifəsində paylaşım da edib. “Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!” - paylaşımda deyilir. 

Fərid Mehdiyev