• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2150
— 07.05.2024 19:49

Birinci Qarabağ müharibəsi şəhidi dəfn olunub

KepezTV Player

Otuz bir il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Həsənov Vüqar Telman oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları doğulduğu Sabirabad rayonunda torpağa tapşırılıb. Şəhid Vüqar Həsənovun nəşi ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Muğan Gəncəli kəndinə gətirilib. Onunla vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Sonra şəhidin nəşi kənd qəbiristanlığında dəfn edilib.