• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2059
— 07.05.2024 19:18

Qanvermə aksiyası keçirilib.

KepezTV Player

Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən Naftalanda növbəti könüllü qanvermə aksiyası təşkil olunub. Şəhər Mərkəzi Xəstəxanasında reallaşan humanist əhəmiyyətli tədbirin keçirilməsi irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım məqsədi daşıyıb. Mərkəzi Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları tərəfindən qanvermənin faydaları barədə aksiya iştirakçılarına məlumat verilib. Hər bir donor tibbi müayinədən keçdikdən sonra, qan analizi götürülüb və aksiyaya qoşulmaları ilə bağlı rəy verilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində reallaşan aksiyada Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının sədri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları, könüllülər iştirak ediblər. Əldə edilən ehtiyat hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına və qan bankının zənginləşdirilməsinə xidmət edir. Belə aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Fərid Mehdiyev