• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 06.05.2024 19:23

Konfransda 70-ə yaxın universitet təmsil olunur

KepezTV Player

Gəncədə IV Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri adlı beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. İnsan xəstəliklərinin müalicəsi üçün molekulyar qayçı, tullantıların alternativ enerjinin alınmasında tətbiqi, müasir dünyada süni intellektin rolu kimi elmi yeniliklər müzakirə edilir. Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunan konfransa 15 yerli, 68 xarici universitet qatılıb. Tədbirdə Macarıstan, Polşa, Rumıniya, Türkiyə, İspaniyadan qabaqcıl elmi-tədqiqat mərkəzlərinin tanınmış alimləri öz elmi fəaliyyətlərinin məhsullarını təqdim ediblər. Konfransın məcmuələr toplusuna 562 məqalə daxil olub, onlardan 19 faizi xarici ölkələrin payına düşür. 2 gün davam edəcək beynəlxalq konfrans 11 bölmə üzrə öz işini davam etdirir.

Federiko Zurita- ispaniyalı iştirakçı: "Mən İspaniyanın Granada universitetindən gəlmişəm. Buraya Texnologiya universiteti ilə əməkdaşlıq çərçivəsində səfər etdim və beynəlxalq konfransda iştirak elədim. Mənim də plenar bölmədə çıxışım oldu. Bu cür tədbirləri yüksək qiymətləndirirəm. Texnologiya universiteti ilə ikili əməkdaşlıq çərçivəsində böyük hədəflərimiz var".

Aişə Rzayeva