KepezTV Player
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Ölkəmizin Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurğulanıb. Həştərxan vilayətinin qubernatoru Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan “Xəzər - Dostluq dənizi” devizi altında həyata keçirdikləri motoyürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə edib. Heydər Əliyev Fondunun Həştərxanda reallaşdırdığı layihələrin önəminə toxunulub.
- Baxış: 250