• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1306
— 03.05.2024 18:15

Qısırlaşdırılan heyvanlar təhlükə yaratmır

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu beynəlxalq əməkdaşlıq çərçivəsində bağlanmış müqaviləyə əsasən Gəncədə növbəti aksiya keçirib. Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq klinikasında reallaşan aksiyaya Almaniya, İspaniya və Rusiyadan olan 8 veterinar həkim-cərrah və feldşer assistentləri qatılıb. Mütəxəssislər Baytarlıq təbabəti fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə birlikdə Gəncə şəhəri ərazisində olan sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması prosesini həyata keçirib. Şəhərin heyvan sığınacağından 70-ə yaxın sahibsiz küçə heyvanlarının da bura gətirilərək qısırlaşdırılması və quduzluq peyvəndlənməsi aparılıb.

Siyalə Rüstəmova- Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru: “Qısırlaşdırma zamanı əməliyyat masasına qaldırılanda digər problemlər, deyək ki, hansı heyvanın göz amputasiyası, ayaq amputasiyası, bir sözlə nəyə ehtiyacları varsa, yerində həll olundu. Burda baytarlıq fakültəsinin tələbələrinə əyani, yəni treninq keçirildi”.

Mahir Talıbov- tələbə: “Bu gün aksiyada əməliyyatda gedən prosesləri müşahidə etdik, sterilizasiya prosesi, əməliyyatda müəyyən yeni metodlar öyrəndik”.

Aynur Dibirova- tələbə: “Biz əməliyyatın gedişatı qaydasını, sterilizasiyasını, burda hansı qaydalara riayət etməliyik, bundan əlavə heyvanda hansı patologiyalar olduğu zaman nə etməliyik onları öyrəndik”.

Fərid Mehdiyev