• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 02.05.2024 19:01

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər azad edilmiş ərazilərdə olublar

KepezTV Player

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Füzulidə olublar. Qonaqlar ermənilərin Füzulidə törətdiyi dağıntılarla, həmçinin Azərbaycan tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar. Sonra nümayəndə heyəti Şuşaya yola düşüb. Dini liderlərin Şuşa görüşü keçirilib. Görüşdə ermənilərin işğal dövründə Azərbaycan torpaqlarında dini-mədəni irsə qarşı vandalizmindən söz açılıb. Tədbirin sonunda dini liderlərin Şuşa görüşünün Bəyannaməsi də qəbul olunub.