• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 02.05.2024 18:32

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

KepezTV Player

Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişmələri mövzusunda birgə fəaliyyətin gücləndirilməsidir. Bunu BMT Baş katibinin xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edən Prezidenti İlham Əliyev bildirib. Selvin Çarlz Hartsa deyib ki, COP29 prosesində Azərbaycana zəruri dəstək vermək üçün BMT ailəsi Baş katib tərəfindən səfərbər edilib. Xüsusi işçi qrup yaradılıb. Bu yaxınlarda BMT-nin İnkişaf Proqramının nümayəndə heyətinin Azərbaycana səfər edəcəyi də vurğulanıb.

Prezident Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edib

 Azərbaycan bundan sonra da neokoloniazatorların keçmişdə və müasir dövrdə törətdiyi cinayətlərin aşkarlanması istiqamətində səylərini davam etdirəcək. Bu barədə isə Prezidenti İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikovu qəbul edərkən deyib. Dövlətimizin başçısı həmçinin Rusiya ilə ikitərəfli münasibətləri Cənubi Qafqazda, daha da geniş coğrafiyada regional inkişafın mühüm amili kimi dəyərləndirib.