• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2105
— 02.05.2024 18:03

Beynəlxalq Opera Festivalı çərçivəsində konsert

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasında Fidan Hacıyevanın 1-ci Beynəlxalq Opera Festivalı çərçivəsində konserti baş tutub. Gecədə Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərləri təqdim olunub. Onların içərisində Müslüm Maqomayevin "Azərbaycan" əsəri, Üzəyir Hacıbəylinin "Arşın mal alan" operattasından “Asyanın mahnısı”, Jorj Bizenin məşhur "Karmen" operasından “Habanera” da yer alıb. Festivalın nüfuzlu qonaqları arasında müxtəlif xarici ölkələrdən gələn sənətkarlar da yer alıb. Konsert proqramı klassik incəsənət həvəskarları üçün böyük musiqi bayramı olub.

Ripalta Bufo- İtaliya opera ifaçısı: “İtaliyadan gəlib, Azərbaycanın gözəlliyinə vurulmaq mənim ifama bir başqa ab-hava gətirib. Bu festival doğrudan da həm fərqlilik, həm yeni auditoriya, həm də yetişməkdə olan opera ifaçıları üçün bir fürsət oldu. Mənin üçün də bu filarmoniya səhnəsində çıxış etmək xoş oldu. Dəvət üçün minnətdaram. Hər şey çox gözəl təşkil olunub".

Aişə Rzayeva