• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1202
— 01.05.2024 19:24

Ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var

KepezTV Player

Ağstafada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21099" markalı minik maşını ağaca çırpılıb. Qəza nəticəsində Goranboy rayon sakini - 2005-ci il təvəllülü Murad Məmmədov ölüb. 3 nəfər - 2003-cü il təvəllüdlü Sənan Hüseynov, 2004-cü il təvəllüdlü Kamal Mikayılov və 2002-ci il təvəllüdlü Niyaməddin Hüseynov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Azad Mustafayev