• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 30.04.2024 18:08

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

KepezTV Player

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür. 2009-cu il aprelin 30-u Akademiyaya daxil olan terrorçunun “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb. Cinayətkar özünü də öldürüb. Onun üzərindən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzasını alıb. 2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” sərəncam imzalayıb. Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib.