• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 30.04.2024 18:05

"Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqları uğurlu xətt kimi özünü doğruldub"

KepezTV Player

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır. Bunu Xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun üçüncü iclasında çıxışı zamanı deyib. Nazir Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqlarının ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğunu da vurğulayıb. Forumun yekunlarına dair qəbul olunmuş Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış edilib.