• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 29.04.2024 19:30

Mina partlayıb, DSX-nin hərbi qulluqçusu xəsarət alıb

KepezTV Player

Qazax Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb.  Baş Prokurorluğun  məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır. TƏBİB-dən bildirilib ki, Vüsal  İsmayılovun  müalicəsi hazırda  Qazax Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.