• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1116
— 26.04.2024 19:43

Azərbaycan Prezidenti və Almaniyanın Kansleri birgə mətbuat konfransı keçiriblər

KepezTV Player

Azərbaycan Prezident İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı da keçiriblər. Dövlətimizin başçısı önəmli mələlərə toxunub. 

Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. Mətbuata açıqlamasında Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan Prezident İlham Əliyev növbəti görüşün Qazaxıstanda planlaşdırılacağını, sülh sazişinin imzalanmasına doğru əlavə addımların atıldığını bildirib. İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlayıb. 1990-cı və 1992-ci illərdə işğal edilən 4 Azərbaycan kəndi bizə qaytarılıb. Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.

Olaf Şolts, çıxışında delimitasiya və demarkasiya istiqamətində atılan addımlardan məmnunluğunu ifadə edib. Rəsmi Berlin öz növbəsində sülhə töhvə verməyə hazır olduğunu bildirib.

Olaf Şolts- Almaniya Kansleri: “Hər ikimiz eyni fikirdəyik ki, bu münaqişə sülh yolu ilə həll olunmalıdır. Bunun üçün şanslar mövcuddur. Sizin Baş Nazir Paşinyanla birbaşa mübadilədə olmağınız çox gözəl amildir. Almaniya məsələnin uzunmüddətli və davamlı həllinin tapılmasına dəstək göstərməyə hazırdır”.

Mətbuat konfransında Prezident İlham Əliyev, Böyük Qayıdış layihəsi çərçivəsində doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərdən də söz açıb. Dövlət başçısı Vətən müharibəsinin başa çatmasından bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına 12 milyard manat vəsait ayrıldığını bildirib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min məcburi köçkün doğma yurduna qayıdacaq. Qayıdan hər insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə, şəhidlərimizə Allahdan rəhmət diləyərək qayıdır. Bu, ümumxalq məsələsidir. “Torpaqlarımızın azad edilməsi necə ümumxalq məsələ idisə, torpaqların bərpa olunması da ümumxalq məsələsidir.

“COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı”.

Prezident İlham Əliyev təbii qaz təchizatçısı olan Azərbaycanın Avropa üçün yaşıl enerji təchizatçısı olacağını da bildirib. 

Vüsalə Cənnətova