• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1899
— 26.04.2024 19:34

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb

KepezTV Player

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb. Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətindən bildirilib ki,  hər iki dövlətin ekspert qruplarının işi davam edir.