• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1865
— 26.04.2024 19:32

Füzuli şəhərinə daha 39 ailə köçürülüb

KepezTV Player

Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. 

Köç karvanı Füzuliyə çatıb. İnsanlara mənzillərinin açarları təqdim olunub. İndiyədək şəhərdə 783 ailənin, yəni 2979 nəfərin daimi məskunlaşması təmin olunub.