Gəncədə “Mənim sağlamlığım mənim hüququmdur” mövzüsünda tədbir keçirilib. Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində baş tutan tədbirdə əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən görülən mühüm işlərdən danışılıb. Aparılan müayinə və müalicələrlə yanaşı hər kəsin şəxsi sağlamlığına diqqət etməli olduğu vurğulanıb. Bu baxımdan gigiyenik qaydalara riayət etməyin önəmi vurğulanıb. Zərərli vərdişlərdən çəkinməyin önəmi qeyd edilib. Aparılan maarifləndirmə işlərinin vacibliyi önə çəkilib.
Ruhiyyə Qəhrəmanova- Gəncə şəhər GEM-in şöbə müdiri: “Əhaliyə öz sağlamlıqları üçün, sağlamlıqlarının qorunması üçün vaxtında tibbi müayinələrdən keçmək məsləhət görülür. Çünki dövlətimiz tərəfindən icbari tibbi sığorta ilə səhiyyə hamı üçün əlçatan olubdur. Pulsuz səhiyyə xidməti təşkil olunmuşdur. Buna görə də onların vaxtlı-vaxtında həkimlərə müraciət etmələri, sağlamlıqlarının qayğılarına qalmaları məsləhət görülür”.
Elnur Vahidoğlu
- Baxış: 350