• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 25.04.2024 18:15

Fermerlər mina təhlükəsi ilə bağlı maarifləndirilib

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi və ANAMA tərəfidən işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək fermerlər mina təhlükəsizliyinə dair maarifləndiriliblər. Azərbaycan Dövlət Aqrar Universitetində reallaşan tədbirdə dislokasiya nöqtələrində davranış qaydaları, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib. Sonda iştirakçılar təlimatlarla tanış olduqları barədə iltizamnaməni imzalayıblar və onlara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunub.

Orxan Cəfərzadə