• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 22.04.2024 18:35

Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər edib

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk. Bu fikri Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə deyib. Rusiya lideri isə öz növbəsində Ulu Öndər Heydər Əliyevin bu günlərdə illiyi qeyd edilən Baykal-Amur magistralı layihəsinin icrasında böyük rol oynadığını, Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. İki ölkə arasında əmtəə dövriyyəsinin 4 milyard dolları ötdüyü bildirilib.

Vüsalə Cənnətova