• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 22.04.2024 14:22

İnternet xətlərini oğurlayanlar və narkotacirlər saxlanılıblar

Ağdaş internet xətlərini oğurlanmaqda şübhəli bilinən Kamal Qədirov və İmran Cumayev saxlanılıblar. Onların naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları və əldə etdikləri pulu öz aralarında böldükləri müəyyən edilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Çingiz Mirzəağayev, Anar Alıyev, Elmir Adıgözəlov və Gündüz Xəlilov da yaxalanıblar. Onlardan marixuana və kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.