• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 10.04.2024 15:39

11 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Abşeron rayonu Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Əliqardaş Alxasov saxlanılıb. Onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində yeni tikilməkdə olan və təmir edilən daha 10 evdən ümumilikdə 16500 manat dəyərində kombi aparatı, inşaat materialları, təmir alətləri və məişət əşyaları götürdüyü də müəyyən olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilib.