• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 09.04.2024 18:07

Qusar sakini evdən qızıl oğurlanmasına görə tutulub

Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayonun Alekseyevka kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən, Qusar rayon sakini Tahir Azayev saxlanılıb. Həmin şəxs talama məqsədilə tanımadığı şəxsə məxsus evə gizlin daxil olub və oradan qızıl-zinət əşyaları oğurlayıb. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Azayevin barəsində həbs qətimkan tədbiri seçilib.